“Neftçi” və “Qəbələ” medallarına qovuşdu - FOTOLAR

22 May 2018 09:37 (UTC+04:00)

Topaz Premyer Liqasının 2017/2018-ci il mövsümünü müvafiq olaraq 3-cü və 2-ci pillədə başa vurmuş “Neftçi” ilə “Qəbələ”yə medallar təqdim olunub. SİA-nın məlumatına görə, Azərbaycanı Avropa Liqasında təmsil edəcək komandalar medallarını “Azersun Arena”da baş tutan mükafatlandırma mərasimində alıblar. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim ediblər.