Yan Oblak La Liqanın ən yaxşı qapıçısı seçilib

21 May 2018 23:20 (UTC+04:00)

İspaniya La Liqasında mövsümün ən yaxşı qapıçısı bəlli olub. “Marca” nəşrinin yazdığına görə, Madrid “Atletiko”sunun qolkiperi Yan Oblak mövsümün ən yaxşısı seçilib. O, La Liqada mövsümün ən yaxşısına təqdim edilən “Samora” mükafatına sahib çıxıb. Sloveniyalı qolkiper ardıcıl 3-cü il bu mükafata yiyələnib. Qeyd edək ki, Oblak mövsüm ərzində şans qazandığı 37 matçda 22 qol buraxıb.