NATO ölkәlәrinin liderlәrinin Lissabonda keçirәcәklәri önәmli zirvә yığıncağına az bir vaxt qalıb. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Türkiyә üçün zirvәnin әn önәmli gündәm maddәlәrindәn biri raket әleyhinә müdafiә sistemi qurulması mәsәlәsidir.
Türkiyәni dövlәt başçısı Abdullah Gül ilә birlikdә qәlәbәlik bir heyәtin tәmsil edәcәyi NATO zirvәsinә günlәr qalmış "raket әleyhinә müdafiә sistemi" gündәmdә yer tutmağa davam edir.
Baş nazir Rәcәb Tayyib Әrdoğan Seulda ABŞ prezidenti Barak Obama ilә әtraflı görüş keçirib vә Türkiyәnin bu mәsәlә ilә bağlı önәmli nәzәrlәrini dilә gәtirib vә Türkiyәdә bu sistem qurulacağı tәqdirdә nәzarәtin dә Türkiyәyә verilmәsinin vacibliyini vurğulayıb.
Xarici işlәr naziri Әhmәd Davudoğlu da, Türkiyәnin Vaşinqtonun hәr hansı bir tәzyiqi ilә qarşı-qarşıya olmadığını açıq-aşkar ifadә edib. Davudoğlu, Türkiyәn seçimini başqa ölkәlәrlә qurduğu әlaqәlәr üzәrindәn yox, öz mәqsәdinә uyğun etdiyini vurğulayaraq, Türkiyәnin Lissabonda izlәyәcәyi siyasәti ortaya qoyub.
NATO baş katibi Anders Fog Rasmusen zirvә öncәsindә, raket әleyhinә müdafiә sistemindә İranın tәhdid göstәrilmәsinә ehtiyac olmadığını söylәyәrәk Türkiyәyә dәstәk verib.