Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində irəliləyib

18 Noyabr 2010 04:12 (UTC+04:00)

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

SİA-nın məlumatına görə, futbol üzrə Azərbaycan milli komandası 381 xalla 90-ci yerə yüksəlib.

Bu, milli komandamızın FİFA-nın reytinq cədvəlində indiyədək qeydə alınan ən yüksək göstəricisidir. Növbəti reytinq cədvəli dekabrın 15-də açıqlanacaqdır.