Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərində idman stadionunda baş verən partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 45 nəfər yaralanıb.
"Terroristlər tərəfindən koordinasiya edilən bir hücum nəticəsində 3 partladıcı partladılıb” - deyə, yerli hakimiyyət orqanlarının açıqladığı bəyanatda deyilir.
Məlumata görə, hadisə müqəddəs Ramazan ayının başlanması münasibətilə keçirilən matç zamanı baş verib.
Ölənlər arasında matçın təşkilatçısı və yerli rəsmilər olub.