ATMU-da təlim keçirilib FOTOLAR

17 May 2018 15:45 (UTC+04:00)

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ali təhsil müəssisəsində "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq" mövzusunda təlim keçirilib. SİA-nın məlumatına görə, təlimin məqsədi Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncam ilə qəbul edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"-nin “Sahiblik düşüncə tərzinin dəyişdirilməsi" üzrə maliyyə savadlılığının artırılması idi.

Təlim prosesinə qatılan universitet tələbələri Maliyyə Bazarlarına Nəzarət Palatası; Ticarət Əməliyyatlarına Nəzarət idarəsinin böyük analitiki Arif Cəlilov və Bakı Fond Birjasının əməkdaşı Əli Orucov tərəfindən hazırlanan kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə aid təqdimatların dinləyiciləri olublar. Onu da qeyd etmək lazımdır ki, tədbir nəzəri və praktik müstəvidə təşkil olunub. Təlimdə “Hotel New Baku” (Turizm-ASK) və “Balion Group”un rəhbərləri - Ceyhun Aşirov və Bəşir Hacıyev fəxri qonaq statusunda iştirak ediblər. Təlimin sonunda fəal iştirakçılara sertifikatlar verilib.