"Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib

17 May 2018 00:03 (UTC+04:00)

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib. "Fanatik"in yazdığına görə, Super Liqa təmsilçisini "Traktor Sazi"nin baş məşqçisi Ərtuğrul Sağlam çalışdıracaq. 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Onun bu gün Kayseriyə gedəcəyi bildirilir. Ə.Sağlam bu vəzifədə dünən istefaya göndərilən Marius Şumudiçanı əvəz edəcək. Qeyd edək ki, türkiyəli mütəxəssis yanvar ayından "Traktor Sazi"yə rəhbərlik edirdi.