Rövnəq Abdullayev: “Astarada yeni qaz kompressor stansiyası tikilib” - AÇIQLAMA

14 Noyabr 2010 02:16 (UTC+04:00)
Bu ərazilərin böyük texno-parka çevrilməsi yönümdə işlər aparılır. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, bu istiqamətdə bir çox şirkətlərlə danışıqlar aparılır: "Burada tez bir zamanda böyük kimya kompleksinin tikintisinə başlanacaq. İlk növbədə, etilen-polietilen istehsalının inkişaf etdirilməsinə və əlavə dəyər yaradan müəssisələrin yaradılması nəzərdə tutulub. Avropada bu sahədə işləyən nüfuzlu şirkətləri bizimlə birgə işləməyə dəvət etmişik".

Rövnəq Abdullayev onu da bildirib ki, Astarada yeni qaz kompressır stansiyası tikilib: "Stansiyada 6 kompressır quraşdırılıb. Dünən Astara rayonunda oldum və işlərin qrafikə uyğün davam etdiyinə şahid oldum. Onu da qeyd edim ki, İrana daha yüksək həcmdə qaz verməyə hazırlaşırıq".