Avtomobildən 3500 manatlıq qızıl oğurlanıb

16 May 2018 15:39 (UTC+04:00)

Bakıda avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən SİA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Həsənqulu Qurbanovun ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun cari il martın 6-da rayon ərazisində “VAZ-2112” markalı avtomobildən 3500 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.