Firudin Mustafayev: “İstehsal etdiyimiz polietilen məhsullar Avropa, Türkiyə, Çin və Orta Asiyaya ixrac olunur” - MÜNASİBƏT

14 Noyabr 2010 00:44 (UTC+04:00)
Qurğularımızın əksər hissəsi əsaslı təmir olunub. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Azərkimya" İstehsalat birliyinin baş mühəndisi Firudin Mustafayev bildirib. Firudin Mustafay onu da bildirib ki, birliyin gələcəyə yönəlik bir çox planları var: "Mailiyyə dəstəyi sayəsində Sumqayıtda çox geniş işlər görmüşük. Gələcəkdə məhsuldarlığı artırmaq məqsədilə yeni çeşidli yüksək sıxlığa malik qurğuların tikintisi nəzərdə tutulub. Məlumdur ki, bir çox köhnə qurğular var, bunların da bir çoxunun yeniləri ilə əvəz olunması nəzərdə tutulur. O cümlədən Sumqayıt Kimya texno parkının yaradılması da nəzərdə tutulan məsələlərdən biridir. Eyni zamanda kiçik və orta məsələlərin də bir çox iş yerləri açılacaq. Hesab edirəm ki, gördüyümüz və görəcəyimiz işlər çox yaxın bir zamanda öz bəhrəsini verəcək. Bu sahədə Sumqayıtda bir çox işsiz işlə təmin olunacaq. Onu da qeyd edim ki, işçilərin əmək haqqları aprel ayından 60-65 faiz artırılıb. O cümlədən zavodumuz 120 min ton polietilen istehsal etməyə qadirdir. İstehsal etdiyimiz məhsullar Avropa, Türkiyə, Çin və Orta Asiyaya ixrac olunur. Əldə etdiyimiz xammalın 90 faizi yerli xammaldır. Yerdə qalan faiz isə Çin, Ukrayna, Rusiya və Türkiyədən idxal edilir".