Türkiyə ilk döyüş gəmisini istehsal edib

13 Noyabr 2010 20:38 (UTC+04:00)

Türkiyə öz hesabına istehsal etdiyi ilk döyüş gəmisinin sınaq istismarına başlayıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə Dəniz Qüvvələri Komandаnlığının Milli Gəmi Layihəsinin (MİLGEM) ilk döyüş gəmisi Heybeliada (F-511) sularında yoxlanılmasına başlanılıb. Layihənin ikinci gəmisi olan Büyükadanın (F-512) inşası isə davam etdirilir. Maliyyə dəyəri 260 milyon dollar olan gəmi 106 şəxsi heyət üçün nəzərdə tutulub.

 

Türkiyə Dəniz Qüvvələri Komandаnlığının Baş qərargahından bildirlib ki, MİLGEM layihəsi çərçivəsində Türkiyə tarixində ilk dəfə döyüş sistemlərindən tutmuş dizaynına qədər milli hərbi gəmi istehsal edəcək. Gəmilər bütünlüklə son texnologiyalarla təchiz olunacaq.