Roberto Mançini İtaliya millisinə baş məşqçi gətirilir?

14 May 2018 20:02 (UTC+04:00)

Roberto Mançini İtaliya millisi ilə müqavilə bağlamağa yaxındır. “Sky Sport İtalia” xəbər verir ki, tərəflər bütün məsələlərdə razılıq əldə edib və sabah müqavilə imzalanacaq. Müqavilənin müddəti 2 illik nəzərdə tutulub. Mançininin ilinə 2 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”in baş məşqçisi olub.