Tarixin bu günü və ya bu günün tarixi

13 Noyabr 2010 18:50 (UTC+04:00)
- Ümumdünya gözdən əlillər gübnü. 1784-cü ildə Parisdə dünyada ilk gözdən əlikllər evi yaratmış fransız pedaqoqu Valentin Qayuinin anadan olduğu gündə qeyd olunur
- Sən-Bris qətliamı. İngilis kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş verib (1002)
- Napoleon ordusu Vyanaya daxil olub (1805)
- Şotland roman yazıçısı və şair Robert Louis Stevenson anadan olub (1850)
- Rusiya Brest-Litovsk sülh müqaviləsini imzalayıb (1918)
- Millətlər Cəmiyyətinin təsis yığıncağı 45 ölkədən 5000 nümayəndənin iştirakı ilə Cenevrədə açılıb (1920)
- Aşıq Hüseyn Bozalqanlının xatirə günü (1941)
- Nasir Saday Budaqlı anadan olub (1955)
- Pakistanda siklon 300.000 insanın həyatına son qoyub. Bu faciə 20-ci əsrin ən böyük təbii fəlakəti hesab edilir (1970)
- Hafiz Əsəd Suriyada dövlət çevrilişi edib (1970)
- BMT TŞ bütün xarici qoşunların Kiprdən çıxarılmasını tələb edən qətnamə qəbul edib (1976)
- Amerikanın "Voyacer" kosmik aparatı Saturn planetinin geniş miqyasda ilk fotoşəkillərini çəkərək yerə göndərib (1980)
- İsveç referendum yolu ilə Avropa Birliyinə qəbul edilib (1994)
- "Şimal Alyansı" qoşunları Kabili və Cəlalabadı Taliban qüvvələrindən təmizləyib (2001)
- İspaniya sularında 77.000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb olub (2002)
- Bakıda enerji sammiti keçirilib (2008)