Prezident İlham Əliyev iraqlı həmkarını təbrik edib
13 Noyabr 2010 08:12 (UTC+04:00)
Prezident İlham Əliyev İraqın dövlət başçısı Cəlal Tələbaniyə məktub ünvanlayıb. Dövlət başçısı iraqlı həmkarını vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrik məktubunda deyilir: "Hörmətli cənab prezident, İraq Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-İraq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".