ABŞ-da İranla nüvə razılaşmasının müəllifi istefa verib

13 May 2018 02:04 (UTC+04:00)

ABŞ Dövlət Departamentinin nüvə silahsızlaşması üzrə baş mütəxəssisi Riçard Conson istefaya gedib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Forin Polisi” qəzeti yayıb. Qəzet Consonun bu qərarı Donald Trampın İranla nüvə razılaşmasından çıxmaq barədə qərarından sonra verdiyini bildirib. “Forin Polisi” Consonun istefasını “böyük itki” adlandırıb və bu istefada Trampı ittiham edib. Conson 2015-ci ildə İranla nüvə razılaşmasını hazırlayan əsas şəxslərdən biridir.

Qeyd edək ki, ötən gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş katibinin müavini Tero Varyoranta da istefa vermişdi.