“Corriere dello Sport”: Əmrə Can tezliklə “Yuventus”a keçəcək

12 May 2018 22:05 (UTC+04:00)

“Liverpul”un futbolçusu Əmrə Can yaxın vaxtlarda “Yuventus”un üzvü olacaq. “Corriere dello Sport” nəşri yazır ki, Almaniya millisinin üzvü Çempionlar Liqasının finalında keçiriləcək "Liverpul" - "Real" oyunundan (27 may) sonra Turin klubu ilə müqavilə imzalayacaq. Türk əsilli müdafiəçi “Yuventus”a azad agent statusu ilə keçir.

Qeyd edək ki, daha əvvəl Əmrə Canın “qoca sinyora” ilə 5 illik müqavilə imzlayacağı və ilinə 6 milyon avro qazanacağı haqda xəbərlər yayılıb.