Türkiyədə qəza Ölən və yaralananlar var

12 May 2018 13:19 (UTC+04:00)

Türkiyənin şərqindəki Ərdəhan vilayətində baş vermiş qəza nəticəsində 4 nəfər həlak olub. SİA-nın verdiyi məlumata görə, hadisə nəticəsində 22 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qəzanın səbəbləri barədə araşdırma aparılır.