“Heydər Əliyev Kuboku-2018” beynəlxalq boks turnirinə start verilib

12 May 2018 11:24 (UTC+04:00)

Yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev Kuboku-2018” beynəlxalq turnirinə start verilib. SİA-nın məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları iştirak edirlər.

Mayın 14-də başa çatacaq turnirdə 100-dək boksçu 13 dəst medal uğrunda mübarizə aparır.