"Zaqatala" - "Turan Tovuz" matçı yarımçıq dayandırılıb

12 May 2018 10:53 (UTC+04:00)

Futbol üzrə Azərbaycan I Divizionunda XXVII turun "Zaqatala" - "Turan Tovuz" oyunu 30-cu dəqiqədən etibarən dayandırılıb. SİA-nın məlumatına görə, buna Zaqatalada müşahidə olunan güclü yağış səbəb olub.

Qarşılaşma bu gün saat 12:00-dan etibarən qaldığı yerdən davam etdiriləcək.