İran-Avropa İttifaqı çəkişməsi davam, ya tamam?

13 Noyabr 2010 03:30 (UTC+04:00)

İranın nüvə proqramı yığıncağı ilə bağlı təklifi qəbul edilməyib. SİA-nın məlumatına görə, görüşün Türkiyədə keçirilməsi fikrinə rədd cavabı gəlib. Aİ-nin siyasi məsələlər üzrə ali nümayəndəsi Katerina Aşton İranın nüvə mövzusundakı səlahiyətlisi Səid Cəliliyə məktub yazıb. Aşton məktubda nüvə proqramı ilə əlaqədar görüşlərin 5 dekabrda İsveçrədə keçirilməsini təklif edib. Cəlili isə bu həftənin əvvəlində Aştona bir məktub göndərərək, görüşün ya 23 noyabrda, ya da 5 dekabrda İranda keçirilməsini təklif edib.

İranlı səlahiyyətlinin sözlərinə görə, Aşton iki gün ərzində İranın təklifinə cavab verəcək: "Katerina Aşton, 5 dekabr tarixini təsdiqləyəcək, amma Qərb ölkələri ilə görüşün İstanbulda keçirilməsi fikiri ilə razılaşmayacaq".

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Katerina Aştonun təklifi ilə bağlı açıqlamasında nəticənin necə olmasının əsas olduğunu bildirib: "Əsas olan görüşün harda və nə vaxt keçiriləcəyi deyil, nəticəsinin necə olacağıdır".