UEFA Buffona qarşı intizam işi açıb

12 May 2018 10:11 (UTC+04:00)

UEFA "Yuventus"un qapıçısı Canluici Buffona qarşı intizam işi açıb. SİA-nın məlumatına görə, italyan qolkiper Çempionlar Liqasının 1/4 finalında baş tutan Real - "Yuventus" (1:3) matçındakı davranışına görə cəzalandırıla bilər. İntizam Komitəsi 2 epizodu nəzərdən keçirəcək. Birincisi, referi tərəfindən Buffona göstərilən qırmızı vərəqənin səbəbi, ikinci isə, bundan sonra qapıçının Maykl Oliverə etdiyi hərəkətlərdir. Qərar mayın 31-i açıqlanacaq.