Apple şirkətinin 1976-cı ildə hazırlanmış ilk kompyuteri Londonda təşkil olunan Christies hərracına çıxarılıb. SİA-nın məlumatına görə, ilk kompyuterin ilkin qiyməti 161 min 600 ABŞ dollar olması nəzərdə tutulur. Kompyuterin 250 min dollara satılacağı güman edilir.
Apple şirkətinin təsisçiləri Stiv Kobs və Stiven Voznyak tərəfindən 1976-cı ildə hazırlanan bu kompyuter 666 dollar 66 sentə satılıb.
Müasir kompyuterlərin "əcdadları" hesab olunan bu qurğular bugünkü göstəricilərə görə olduqca kiçik 8 kilobayt yaddaş həcminə malikdir.