"Bavariya" Frank Riberidən sonra daha 2 futbolçu ilə müqavilə yeniləyib. Klubun rəsmi saytında yer alan xəbərə görə, Münhen təmsilçisi Aryen Robben və Rafinya ilə anlaşmanın müddətini daha bir il uzadıb. Onlar qarşıdakı mövsümdə də alman klubunun şərəfini qoruyacaqlar.