Aytən Səfərova hamını əsəbiləşdirdi FOTOLAR

11 May 2018 17:23 (UTC+04:00)

Aparıcı Aytən Səfərova "İnstagram" səhifəsində səs-küyə səbəb olacaq foto paylaşıb. SİA-nın məlumatına görə, aparıcı həşəratlardan hazırlanan Çin yeməyinin şəklini yayımlayıb və ondan dadıb.

O, şəklə bu sözləri yazıb: “Yeyə bilərsinizmi? “XL şou” üçün Pekində yaşayan tamaşaçımızdan özümüz və qonaqlarımız üçün. Yaxın günlərdə görəcəyik kim 2 milyardlıq Çin xalqının yediyini dada biləcək. Ürəyi və mədəsi zəif olanlar baxmasın”.

Səfərova ona yazılan tənqidlərə isə belə cavab verib: “İstiotlu, duzlu kartof çipsi kimidir. Maraqlı qoxusu var. Elə bir kartof qızartmasıdır. Yeməmişəm, ay camaat. Sadəcə fotodur. Bunu görəndən sonra iki gündür heç nə yemirəm. Ancaq su içirəm”.