Sergey Lavrov: "Start razılaşması bu il təsdiqlənəcək"

13 Noyabr 2010 00:03 (UTC+04:00)

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən G-20 zirvəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib.

SİA-nın məlumatına görə, zirvədə çıxış edən Lavrov yeni "Start" razılaşmasının bu il təsdiqlənəcəyini deyib: "Heç bir problemlə qarşılaşacağımızı düşünmürəm, yəqin ki "Start" razılaşması bu il təstiqlənəcək".

Nazir bildirib ki, ABŞ-ın daxili siyasəti yeni razılaşmanın təsdiqlənməsinə maneə törətməyəcək. Rusiyanın raketdən müdafiə sistemi mövzusunda NATO ilə əməkdaşlıq edə biləcəyini deyən Lavrov NATO əsgərləri haqqında fikirlərini ifadə edib: "NATO-nun əsgərləri heç bir təhlükə törətmir, ancaq sərhədlərindən kənarda yerləşdirdiyi hərbi qüvvələrinin potensialı haqqında eyni sözü deyə bilmərəm. Çünki bu bütün ölkələrə təhlükə törədə biləcək səviyyədədir".

Xatırladaq ki, Rusiya prezidenti Dimitri Medvedev və ABŞ prezidenti Barak Obama 8 apreldə Çexiyanın paytaxtı Praqada 2009-cu ilin dekabr ayında müddəti sona çatan START-1 razılaşmasının yerini alacaq START-2 razılaşmasını imzalamışdılar.