Konstitusiya Məhkəməsinin sədri: “Bəzi hakimlər vəzifəli şəxslərin günahından qanunlara dürüst əməl etmir” - MÜNASİBƏT

12 Noyabr 2010 23:51 (UTC+04:00)

"Hər bir vətəndaş narazı qalanda məhkəməyə müraciət edə bilər. Bu günləri hakimlərin bəziləri qanunları kifayət qədər bilməməklə, bəziləri onu onu icra etməyi və vəzifəli şəxslərin günahından qanunların dürüst əməl etməməsi nəticəsində vətəndaş narazı qalır. Belə hallar ola bilir. Güman edirəm ki, qanunlarımız qəbul ediləndə hüquq mədəniyyətimiz, həmdə ərizəçinin özünün hüquqi mədəniyyəti inkişaf etməlidir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev bildirib. O, qeyd edib ki, qanunların icrası mexanizmi kifayət qədər dürüst olmalıdır: "O, qanunların icrası mexanizmi kifayət qədər dürüst olsa, onda bütün bu şikayətlərin əsaslı və əsassız şikayətlər qarşısını kifayət qədər çox tez almaq mümkündür. Bu məsələdə cəmiyyətin hüquq mədəniyyətinin inkişaf etməsini də önəmlidir".

 

Konstitusiya Məhkəməsinin sədri eyni zamanda məhkəmə sistemindən şikayətlərin minimuma endirilməsi məqsədi ilə yerli məhkəmələrdə vətəndaşların iddia və şikayətlərinin düzgün araşdırılmasını vacib sayır. Sədr hesab edir ki, yerli və beynəlxalq təşkilatların məhkəmələrin fəaliyyəti ilə bağlı tənqidi ciddi müzakirə predmeti olmalıdır: "Məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir narazılıq, siqnal ciddi müzakirə predmeti olmalıdır və əsas məqsədimiz odur ki, demokratik cəmiyyətdə obyektiv və müstəqil məhkəmələr olmalıdır".

 

Avropa Məhkəməsində Azərbaycanla bağlı qəbul edilən qərar və verilən şikayətlərin digər ölkələrlə müqayisədə azlıq təşkil etdiyini deyən F.Abdullayev bunun Azərbaycan məhkəmələrinin həmişə qanunlara və işin faktiki hallarına dürüst əməl etmələri ilə əlaqədar olmadığını deyib: "Biz çalışmalıyıq ki, bütün məhkəmələrdə bütün iddialar düzgün təmin olunsun".