Lənkəranda 12 Noyabr Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, "Hüquqi Yardım" İctimai Birliyinin ofisində keçirələn tədbiri Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev açıb.
O, Konstitusiyamızın insan hüquq və azadlıqlarını özündə ehtiva etdiyini, bir sözlə, əsas qanunumuzun bütün beynəlxalq hüquqi normalara cavab verdiyini bildirib. Natiq həmçinin ana qanunumuzun ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb və əlavə edib ki, bu gün ölkəmizdə sabitlik , əmin-amanlıq, dini tolerantlıq və azərbaycançılıq ideyasının bərqarar olması birbaşa ulu öndərin adı ilə bağlıdır.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə səslənən çıxışlarda Azərbaycan Konstitusiyasının dünyanın ən təkmil və humanist qanunlar toplusu olması fikri dəfələrlə vurğulanıb.