Qarabağın tacı Şuşa kitab sərgisində

8 May 2018 15:01 (UTC+04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qarabağın dilbər guşələrindən biri olan Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 26–cı ildönümü ilə əlaqədar “Qarabağın tacı Şuşa” adlı sərgi açılıb.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə Şuşa şəhərinin tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında kitab və dövri- mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.