Elmar Məmmədyarov İƏT XİN Şurasının sessiyasında iştirak edəcək

4 May 2018 10:24 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının mayın 5-6-da keçiriləcək 45-ci sessiyasında iştirak etmək məqsədilə Banqladeşin paytaxtı Dəkkəyə yola düşüb.

SİA-nın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İƏT Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.