Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, qadın güləşi üzrə 50 kq çəki dərəcəsində qızıl medal qazanan Mariya Stadnik çempionat haqqında fikirlərini bildirib.
Məlumat üçün qeyd edək ki, bu, Mariya Stadnikin Avropada 8-ci çempionluğudur. Buna qədər güləşçimiz 6 dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.