Xanımlar, bu içki xərçəng xəstəliyinə səbəb olur!

4 May 2018 06:17 (UTC+04:00)

İndiki zamanda bir çox qadının qorxulu yuxusu halına gələn süd vəzi xərçəngi, hər 8 qadından birində görülür. Bir çox qadın döş xərçəngi olduğunu artıq hər şey çox gec olunda fərq edir.

Döş xərçəngi bir çox qadını təhdid edən bir xərçəng növüdür. İndiki vaxtda sıx və templi həyat, hormonlu qidalar, sağlıqsız qidalanma və artan spirt istehlakı üzündən sinə xərçənginə tutulma nisbəti artmış və yayılmışdır. Təəssüf ki, bir çox qadın döş xərçəngi olduğunu artıq xəstəlik çox irəlilədiyində ya da müalicə edilə bilməz bir hala gəldiyində fərq edir. Halbuki erkən diaqnozla döş xərçəngi müalicəsində qəti bir nəticə alına bilər. Alman alimlərinin araşdırmasına görə, döş xərçənginin əsas səbəblərini tapmaq mümkün olub.

Qadınlarda süd vəzi xərçəngi

Əgər qadın daha çox yağlı süd məhsulları işlədirsə, o, səhhəti ilə risk edir. AzadQadin.az xarici mətbuata istinadən bildirir ki, Alman alimlərinin araşdırmaları belə bir nəticə çıxarmağa imkan verir ki, bədxassəli hüceyrələrin yaranmasına kömək edən əsas amillər, xüsusilə, süd, pendir və kəsmiyin tərkibində olan yağlardır. Xüsusilə həddindən artıq kalorili qidalanmaq sinə xərçəngi ilə əlaqəsi üzərində olduqca çox durulmuşdur. Döş xərçənginə tutulmuş xəstələrin əksəriyyətlə kilolu və iri quruluşlu olduqları müşahidə edilməkdədir.

Süd vəzisi xərçənginin profilaktikası çox yağlı süd və yağlı bərk pendir istehlakını məhdudlaşdırmaq, daha sağlam qidalanmaya diqqət etmək, kilo almamağa ,kalorili qidalardan uzaq durmaqdır. Bütün bunlara əməl etsəniz xəstəlik riskiniz xeyli aşağı düşər