Rusiya və Suriya təyyarələri İdlibdə xəstəxananı bombalayıb

3 May 2018 00:02 (UTC+04:00)

Suriyanın İdlib şəhəri növbəti dəfə bombardmana məruz qalıb. Axar.az xəbər verir ki, Əsəd rejiminə məxsus hərbi təyyarələri təhlükəsizlik zonası daxilində olan əraziyə hava zərbəsi endirib. Zərbə nəticəsində 6 mülki vətəndaş ölüb, 8-i yaralanıb.

Qeyd edək ki, bu gün rus hərbi təyyarələri də Həma şəhərində yerləşən xəstəxanaya hücum edib. Nəticədə 1 səhiyyə işçisi ölüb, 5-i yaralanıb.