Referi polisdən kömək istəyib

2 May 2018 17:14 (UTC+04:00)

İtaliya A Seriyasının 35-ci turunda keçirilən "İnter"- "Yuventus" matçının (2:3) hakimi Daniele Orsato məğlub komandanın azarkeşləri tərəfindən təhdid və tənqidlərə məruz qalıb. SİA-nın məlumatına görə, qəzəbli azarkeşlərin çoxsaylı ismarıclarından sonra referi polisdən kömək istəyib. Hazırda təhlükəsizlik əməkdaşları onun evinin çevrəsində keşik çəkir. Orsatonun həyat yoldaşı bildirib ki, bu iş çox dərinə gedib və artıq onun ailəsi də qoxu içində yaşayır.

Qeyd edək ki, Orsato sözügedən qarşılaşmada "İnter"in yarımmüdafiəçisi Matias Vesinonu meydandan qovmuşdu.