Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

1 May 2018 10:45 (UTC+04:00)

Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) “Anadolu Ankası - 2018” təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) “Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu” və Potsuolli şəhərində (İtaliya) “Tibbi dayanıqlıq” üzrə seminarda iştirak edirlər.

Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.