San Marinonun xarici işlər üzrə dövlət katibi Azərbaycana gəlir

1 May 2018 10:18 (UTC+04:00)

San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzi Azərbaycana rəsmi səfərə gələcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər mayın 2-də başlayacaq.

Səfər çərçivəsində N.Renzinin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Səfər mayın 3-də başa çatacaq.