Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb

30 Aprel 2018 15:50 (UTC+04:00)

Şəmkirdə avtomobil aşıb. SİA-nın verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımı adlanan ərazisində baş verib.

Minik avtomobilinin aşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.