Zülfiyyə Xanbabayevadan aparıcıya xoş sözlər FOTO

30 Aprel 2018 13:13 (UTC+04:00)

Xalq artisti Zülfiyyə Xanbabayeva əməkdar artist Nərgiz Cəlilova haqqında fikirlərini dilə gətirib. SİA-nın məumatına görə, ifaçı bu haqda "İnstagaram" səhifəsində yazaraq, aparıcı ilə şəklini paylaşıb və onu tamaşaçılara ilk təqdim edənin N.Cəlilova olduğunu bildirib: "Məni ilk dəfə böyük səhnədə tamaşaçılara təqdim edən, professional, zərif, hər zaman gözəl, illərdir nəinki sənətdə, həyatda da məsləhətləri ilə həyatımnda var olan, sirdaşım Nərgiz Cəlilova...”.