Pul kütləsinin həcmi 37% artıb

11 Noyabr 2010 02:42 (UTC+04:00)
2010-cu il oktyabr ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 7156,1 milyon manat təşkil edib. SİA-nın Mərkəzi Bankın saytına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% artıb. 2010-cu il oktyabrın 1-nə olan pul kütləsinin 4897,4 milyon manatı nağd pul vəsaitlərinin, 1004,3 mln. manatı tələb edilənədək vəsaitlərin, 1254,4 mln. manatı isə müddətli depozitlərin payına düşüb.