Tıxac olmaması üçün sürücülər ara yollardan istifadə edirlər

11 Noyabr 2010 02:13 (UTC+04:00)
Təmir gedən yollarda nəqliyyatın ləngiməməsi üçün departament tərəfindən nəzarət var. Bunu SİA-ya açıqlamada Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib. O bildirib ki, Şıxəli Qurbanov küçəsində gedən təmir səbəbi ilə qapalı olan yol tıxac olmasına səbəb olur: "Tıxac olmaması üçün ara yollardan istifadə edilir. Nazirliyin departament işçiləri, istifadə olunan ara yollarda müntəzəm nəzarət aparırlar. Aparılan təmir Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən edildiyindən yolun nə vaxta açılacağını deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, hər şey nəzarətimiz altındadır."