3 universitetdə dərslər dayandırıldı

27 Aprel 2018 14:04 (UTC+04:00)
Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar 3 universitetdə dərslər dayandırılıb.

SİA-nın xəbərinə görə, bunlar Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan İqtisad Universitetinin İçərişəhər korpusu və Qərbi Kaspi Univeritetidir.

Yarışların ilk günü 5-cü günə təsadüf etdiyi üçün həmin ali təhsil müəssisəsinin tələbələrinə bu gün dərsə gəlməmələri bildirilib.

Qeyd edək ki, bu gün Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürüb.