Yanvar-martda bir sıra mühüm obyekt istifadəyə verilib

21 Aprel 2018 14:35 (UTC+04:00)

2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalının tikintisi başa çatdırılıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu müddət ərzində Mingəçevir şəhərində, Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda, Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi istifadəyə verilib.