Ermənistanda saxlanılanların sayı artıb

20 Aprel 2018 14:20 (UTC+04:00)

Bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 92 nəfəri saxlayıb.

SİA-nın erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

Onun sözlərinə görə, ictimai asayişi pozan bütün şəxslərin polis şöbələrinə aparılması davam etdiriləcək.