MSK: “81 saylı Beyləqan seçki dairəsindən qanun pozuntusu ilə bağlı 3 müraciət daxil olub”
8 Noyabr 2010 09:39 (UTC+04:00)
MSK-nın növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 25 saylı Nizami 2-ci, 20 saylı Nərimanov 2-ci, 23 saylı Nəsimi-Səbail, 81 saylı Beyləqan, 8 saylı Binəqədi 1-ci və 86 saylı İsmayıllı seçki dairələrində seçki prosesi zamanı qanun pozuntusu əks olunan müraciətlər daxil olduğu bildirilib. Mürəciətlərdən 3-ü 81 saylı Beyləqan seçki dairəsindən olub. Bütün müraciətlər baxılmaları üçün dairə seçki komissiyalarına göndərilib. Məzahir Pənahov qeyd edib ki, indiyə kimi 3100 seçki məntəqəsindən seçkilərin nəticələri bağlı informasiya daxil olub.
Qeyd edək ki, respublika ərazisində 5314 seçki məntəqəsi var.