Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib FOTO

17 Aprel 2018 13:11 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aprelin 17-də cəbhənin Tərtər istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edilib.