Saat 17:00-a olan məlumata görə, ən yüksək seçici fəallığı 14 saylı Xəzər 2-ci seçki dairəsində qeydə alınıb
8 Noyabr 2010 03:31 (UTC+04:00)
Seçki İnformasiya Mərkəzi respublika üzrə seçicilərin səsvermədə iştirakı ilə bağlı saat 17:00-a olan hesabatını açıqlayıb. SİA-nın məlumatına görə, ümumilikdə 2 milyon 213 min 398 seçici səsvermədə iştirak edib. Bu isə respublika üzrə səsvermə hüququ olan əhalinin 44,75 faizi deməkdir. Ən yüksək fəallıq 14 saylı Xəzər 2-ci seçki dairəsində qeydə alınıb. Burada seçicilərin 72,08 faizi səsvermədə iştirak edib. Ən aşağı göstərici isə 22 saylı Nəsimi 2-ci seçki dairəsində müşahidə edilib ki, burada da səsvermədə yalnız 17,2 faiz seçici iştirak edib.