Aksiyaçılar Ermənistan parlamentinə hücuma hazırlaşır

17 Aprel 2018 09:44 (UTC+04:00)

Keçmiş prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə etiraz edən müxalifət fəalları Ermənistan paytaxtının mərkəzi küçələrini bağlayırlar. TASS informasiya agentliyi xəbər verir ki, aksiya iştirakçıları maşınlardan, skamyalardan, zibil qutularından istifadə etməklə parlamentə gedən yolları bağlamağa çalışırlar.

“Biz baş nazir seçkilərinin keçirilməsinə imkan verməyəcəyik. Parlamentə gedən bütün yolları bağlayacağıq ki, deputatlar parlamentə daxil ola bilməsinlər”,- deyə Ermənistan parlamentinin “Elk” müxalifət fraksiyasının rəhbəri Nikol Paşinyan bildirib.