"Fənərbaxça" - "Beşiktaş" oyununu Mete Kalkavan idarə edəcək

16 Aprel 2018 22:19 (UTC+04:00)

Futbol üzrə Türkiyə kubokunun yarımfinalınının cavab oyunları çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" oyununun hakimləri müəyyənləşib. Qol.az-ınn "Fanatik"ə istinadən yaydığı xəbərə görə, əzəli rəqiblər arasında oynanılacaq İstanbul derbisini Mete Kalkavan idarə edəcək. Qeyd edək ki, "Ülkər" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.