"Barselona" La Liqada növbəti oyununa çıxıb. Kataloniya klubu 32-ci turda "Valensiya"nı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qollar: Suares, 15 (1:0), Umtiti, 51 (2:0), Pareyo, 87-pen (2:1)
Bu qələbə ilə xalını 82-yə yüksəldən Ernesto Valverdenin komandası ilk pillədəki mövqeyini möhkəmləndirib.