Sumqayıtda seçici fəallığı yüksəkdir
7 Noyabr 2010 23:26 (UTC+04:00)
43 saylı Sumqayıt 3-cü seçki dairəsinin 16 saylı seçki məntəqəsinin sədri Azər İdrisovun SİA-ya verdiyi məlumata görə, saat 13:34 -ə qədər ümumi olaraq 370 nəfər səsvermə qeydə alınıb. O bildirib ki, səsvermə prosesi başladığı andan heç bir qanun pozuntusu baş verməyib.
42 saylı Sumqayıt 2-ci seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri Nizami Məmmədovun SİA-ya verdiyi məlumata görə, səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Hazırda səsvermə sayı 300 nəfəri keçib. Bu rəqəm getdikcə artır.