Müsavatdan olan müşahidəçi Oqtay Əliyev: "Narazılıq etməyə haqqımız yoxdur"

7 Noyabr 2010 23:08 (UTC+04:00)

"Seçkilərin keçirilməsinə start verildikdən sonra insanlar azad şəkildə məntəqəyə gələrək istədikləri namizədə səs veriblər. Bu vaxt ərzində hər hansı bir qanun pozuntusuna rast gəlinməyib. Düşünürəm ki, narazılıq etməyə haqqımız yoxdur". Bu sözləri SİA-ya "AXCP-Müsavat" seçki blokunun 30 saylı Suraxanı 1-ci seçki dairəsindən müşahidəçi Oqtay Əliyev söyləyib.

Müşahidəçi onu da bildirib ki, o, digər müşahidəçilər kimi seçki prosesinin azad və demokratik şəkildə başa çatacağı ümidindədirlər.